Bakıda ziddiyət təşkil edən nişanlar sürücüləri çaşdırır. Bu barədə sürücülərdən biri sosial şəbəkədə fotoşəkil paylaşıb. Avtosfer.az xəbər verir ki, həmin nişanlar beşmərtəbə adlanan ərazinin yaxınlığındakı küçələrin birində quraşdırılıb. Belə ki, yolun soluna dayanma-durmanı bildirən 3.27 nişanı, 5 metr sonra isə parklanmanı bildirən 5.15 nişanı quraşdırılıb. Nişanlar arasında olan ziddiyət həmin yoldan istifadə edən sürücülərdə çaşqınlıq yaradır.
Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində hərəkətin təşkilinə Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Lakin bu nişanların kim tərəfindən və necə quraşdırılması nədənsə BNA-nın da marağında deyil.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man