Xırdalanda yeni nişanlar quraşdırıldı, xətlər yeniləndi - VİDEO

Yol nişanları 07 Mart 2022 | 20:54
OXUNUB: 1983

Xırdalan şəhərində rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Avtosfer.az xəbər verir ki, yarasız vəziyyətdə olan yol nişanları isə yeniləri ilə əvəz olunub. Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt istismar sahəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Xırdalan dairəsi istiqamətindən başlayaraq şəhərin müxtəlif ərazilərində rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Bundan əlavə, nəqliyyat axınının intensiv olduğu bir sıra küçələrdə yenidən piyada zolaqları salınıb. 
Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılan köhnə və yarasız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub. Görülən işlərdən sakinlər də razılıq edib. Məlumat üçün bildirək ki, bu kimi  tədbirlərin Abşeron rayonunun bütün kənd və qəsəbələrində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. 

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man