32 min əhalinin istifadə etdiyi yol yenidən qurulur - FOTO

Yeniliklər 17 İyun 2020 | 11:13
OXUNUB: 1050

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul–Muğan avtomobil yolunda yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, yolun uzunluğu 11,5 km-dir. Bunun 6,4 km-lik hissəsi III texniki dərəcəli, 5,1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bit istiqaməti üzrə 2,5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

Yol uzun illər istismar olunduğundan örtüyü yararsız vəziyyətdə olub. Onun yenidən qurulması ilə 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.

Bundan başqa yol boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 p/metr yeni səki daşları düzülüb. Hazırda Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılır. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənir. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.

Namiq Musayev

.

32 min əhalinin istifadə etdiyi Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur (FOTO) - Gallery Image

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man