Pandemiya dövründə elektrik qatarları ilə nə qədər sərnişin daşınıb?

Yeniliklər 08 İyun 2020 | 15:27
OXUNUB: 875

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu xəttinə məhdud sayda qatar buraxılıb. Bu isə qatarla daşınan sərnişinlərin sayına təsir edib. 

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, bu ilin yanvar ayında qatarla hərəkət edən sərnişinlərin sayı 400 mindən çox, fevral ayında 430 mindən çox, mart təxminən 200 min, apreldə 30 min, mayda isə 64 mindən çox olub. 

"Mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığı nəzərə alınaraq, Abşerondakı xəttə daha 2 elektrik qatarı buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də mayın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar əlavə edilib. İyunun 5-dən də Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə qatarların sayı artırılıb və qrafik dəyişib”, - məlumatda qeyd edilib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man