Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA

Yeniliklər 01 İyun 2020 | 12:03
OXUNUB: 1338

“Növbəti həftə ərzində Bibiheybət yolu istifadəyə veriləcək”. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

AAYDA rəsmisinin sözlərinə görə, artıq ərazidə istinad divarlarının tikintisi başa çatdırılıb: “Sabahdan etibarən yolda dolğu işlərinə başlanılır və ardınca asfaltlanma həyata keçiriləcək”.

A.Nəcəflinin deyib ki, 10 gün müddətinə ərazidə işlər tam yekunlaşacaq və yol növbəti həftə istifadəyə veriləcək.

Xatırladaq ki, ötən il ərazidə qeydə alınmış sürüşmə səbəbilə yol tamamilə bağlanıb. İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılıb, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. (Modern.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man