Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

Yeniliklər 31 May 2020 | 11:38
OXUNUB: 1119

Bakı-Sumqayıt yolunun Xırdalan hissəsindən keçən dəmir yolu körpüsü yenidən qurulacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə problemlər yarada bilər: "Bu məqsədlə körpünün dayaqlarının sökülərək yoldan kənarlaşdırılması nəzərdə tutulur. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Layihə aidiyyəti qurumlarla razılaşdırılandan sonra işlərə başlanacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır. Layihəyə görə, Bakı-Quba yolunun paytaxtın "20 Yanvar" metrostansiyasından Masazır körpüsü istiqamətinə qədər olan hissəsi genişləndirilib. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man