11 nömrəli marşrut xətti BakuBus oldu və 6 yeni dayanacaq təşkil edildi - FOTO

Yeniliklər 30 May 2020 | 19:51
OXUNUB: 3853

11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir. Avtosfer.az BNA-ya istinadən xəbər verir ki, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən “BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlərimiz üçün əlçatandır. Dəyişikliklə əlaqədar marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat Könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərədə tutulub.  

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man