Nəqliyyatda koronavirusa dair metodiki göstərişlərin icrası davam edir - FOTO

Yeniliklər 29 May 2020 | 13:10
OXUNUB: 1518

İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrası ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bu çərçivədə "Baku Media Center" ilə birgə “BakuBus” MMC-də 230 ədəd avtobusda (həm daxili, həm də xarici reklam yerində), 109 ədəd dayanacaq məntəqəsində (proses davam edir) və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki reklam qurğularında maskadan istifadəni, sosial məsafənin qorunmasını və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar yerləşdirilib.

Həmçinin digər daşıyıcılara məxsus 1 500-ə yaxın avtobusda BNA və TƏBİB-in birgə hazırladığı metodiki göstərişləri təşviq edən maarifləndirici materiallar yerləşdirilib.

Bir daha sərnişinlərimizi COVID-19 infeksiyasının proflaktikasına dair metodiki göstərişlərə əməl etməyə çağırırıq. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man