Mayın 30-dan bu marşrut xəttinə BakuBus avtobusları buraxılacaq

Yeniliklər 27 May 2020 | 18:42
OXUNUB: 1066

30 may tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu.

Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan Daewoo markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.

Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man