Astaraçay üzərində yeni körpü tikiləcək

Yeniliklər 20 May 2020 | 15:12
OXUNUB: 864

Yaxın gələcəkdə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Astaraçay çayı üzərində yeni körpünün tikilməsinə başlanacaq. Bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunu qubernatoru Həsən Rüstəmzad deyib.

H.Rüstəmzadın sözlərinə görə, bu körpü İran və Azərbaycan arasında Astaraçay üzərində 3-cü beynəlxalq körpü olacaq və ondan tranzit yük maşınlarının keçməsi üçün istifadə olunacaq.

Rüstəmzad deyib ki, bu körpünün inşa olunmasına 400 milyard rial (təxminən 9,5 milyon dollar) vəsait ayrılıb.

O əlavə edib ki, Astara dəmiryolu terminalı ərazisində taxıl və neft anbarları inşa edilməkdədir. Azərbaycan bu layihələrin icra olunması üçün 60 milyon dollar investisiya yatırıb.

Astara-Rəşt dəmir yolunun 10 kilometri İranın Astara rayonu ərazisindədir. Bu dəmir yolunun inşasına 600 milyard rial (təxminən 14,2 milyon dollar) vəsait ayrılıb və inşa işləri davam edir. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man