Masazır-Novxanı avtomobil yolunun bir hissəsi yenidən qurulub - FOTO

Yeniliklər 22 Aprel 2020 | 14:07
OXUNUB: 1323

Masazır-Novxanı avtomobil yolunun 2,5 kilometrlik hissəsi əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınmadan və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilib. Bunun üçün qruntdan nümunə götürülüb, labaratoriyada analiz edilərək tərkibi, rütubətliliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilib. Sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilib. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsilə əldə edilən qatqı yol əsasına səpilib və qarışdırılıb. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsilə yayılıb və kipləşdirilib. Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxarır.

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin ardınca asfaltlanma işləri görülüb. Yeni asfalt-beton örtüyü 30 min kvadratmetr sahəyə döşənib. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qruntla bərkidilməsi işləri aparılıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yola üfüqi nişanlanma xətləri çəkilib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man