Parkinq probleminin daha bir həlli yolu: səki çıxıntıları

Yeniliklər 14 Aprel 2020 | 11:40
OXUNUB: 1106

Bakıda mövcud parkinq problemi hər kəsə bəllidir. Bakı Nəqliyyat Agentliyi (BNA) bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Amma paytaxtda avtomobil sıxlığı, eyni zamanda sürücülərin pərakəndə şəkildə nəqliyyat vasitəsini park etməsi, hərəkət intensivliyini aşağı salır.

Koordinasiya vacibdir

Şəhər daxilində yol hərəkəti iştirakçılarının hərəkəti üçün infrastuktur və nəzarət əsasən 3 dövlət qurumuna aiddir. Yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) çəkir, parkinq və ictimai nəqliyyata Bakı Nəqliyyat Agentliyi cavabdehdir. Yol polisi isə şəhərdə hərəkət təhlükəsizliyini tənzimləyir. Yəni bu qurumlar arasında koordinasiyanın olması mütləq vacibdir. Çünki yolu çəkəndə parkiq yerlərinin ayrılması, eyni zamanda həmin ərazidə nəqliyyat intensivliyi müzakirə olunmalıdır.

Səki çıxıntıları...

Parkinq probleminin daha bir həlli yolu: səki çıxıntıları

Hazırda paytaxtın bəzi küçələrində səki çıxıntıları yaradılıb. Bu təcrübə dünyada geniş yayılıb. Yolun müəyyən hissəsində zolaq ayrılır və səki qabağa çəkilir. Nəticədə yaranan cibdə avtomobili park etmək olur. Bu isə digər hərəkət zolaqlarına ümumiyyətlə maneə yaratmır. Yəni hərəkət intensivliyi öz yerində qalır.

Bu layihənin əsas üstünlüyü odur ki, burada yaradılan ciblər əsas yol hesabına deyil, kənarlara olan çıxıntılar hesabına olur. Bu da ümumi yolun enini dar etmir. Amma burada bir problem də ortaya çıxır. Bəzi yolların kənarında obyektlər elə tikilib ki, qapısı az qala yolun hərəkət zolağına açılır. Hətta səkini də zəbt edən sahibkarlar var. Bu problemlərin olmaması üçün digər bir qurum da, yuxarıda qeyd etdiyimiz aidiyyəti idarələrlə koordinasiyalı işləməlidir. Şəhər və rayon icra hakimiyyətləri yol kənarlarında oblektlər üçün icazə verən zaman mütləq bu üç qurumla məsləhərləşməlidir. Çünki yolun genişləndirilməsi zamanı əgər orada obyekt varsa və icazəsi alınıbsa, sahibkara kompensasiya ödənilməlidir ki, bu da dövlət büdcəsinə əlavə yükdür.

Ərşad Hüseynov: “Bu küçələrinin hərəkət iştirakçıları arasında yenidən bölüşdürülməsidir”

Hüquqşünas Ərşad Hüseynov "MediaPost"a açıqlamasında bildirib ki, müasir dövrdə şəhər mühitində mobillik və təhlükəsizliyin təmin olunması üçün müxtəlif həll yolları tətbiq olunur:

Parkinq probleminin daha bir həlli yolu: səki çıxıntıları

"Bunlardan bəziləri uzun müddət təcrübədə tətbiq olunub, mühəndislər tərəfindən nəzəri olaraq öyrənilib. Ümumiyyətlə, əsas hədəf bütün hərəkət iştirakçılarının zəruri mobilliyini, həm də təhlükəsizliyini təmin etməkdir. Yəni həm nəqliyyat vasitələrinin hərəkət intensivliyi, həm piyadaların səki ilə hərəkəti rahat olsun, həm də yolun bir tərəfdən digərinə keçid təhlükəsiz şəkildə həyata keçirilsin.

Eyni zamanda mümkün olan ərazilərdə parklanma yerlərinin də yaradılması vacib amildir".

Ə.Hüseynov bildirib ki, bu, həm də küçələrin hərəkət iştirakçıları arasında yenidən bölüşdürülməsidir:

"Təkcə avtomobillərin yox, həm də piyadalar üçün təhlükəsiz şəraitin yaradılması üçün yeni ideyalar ortaya çıxır.

Qeyd olunanların həlli üçün üsullardan biri təhlükəsizlik adacığıdır ki, bu həm nəqliyyat axınına, həm də piyadalara yolu keçməyə rahat şərait yaradır.

İnnovativ üsullardan biri də səki çıxıntılarıdır. Bu halda mövcud ən kənar zolaq elə tənzimlənir ki, piyada keçidi və ya yolayrıcı qarşısında səki hərəkət hissəsinə daxil edilir. Nəticədə avtomobillərin park etməsi və ya taksi dayanacaqları üçün yer yaranır. Bu zaman yolun digər hərəkət zolaqlarında intensivlik qalır. Həmçinin yolun həndəsi forması da düzgün olur. Bu halda piyadaların da təhlükəsizliyi təmin olunur".

Parkinq probleminin daha bir həlli yolu: səki çıxıntıları

Eksperin sözlərinə görə, şəhərdə elə küçələr var ki, səki, hərəkət zolaqları bəlli deyil: "Məsələn, Məzahir Rüstəmov küçəsində belə idi. Təmirdən sonra həm hərəkət zolaqları, həm parklanma yeri, həm də piyada keçidi aydın və təhlükəsiz tənzimlənib. Düşünürəm ki, bunu şəhərin bir çox küçələrində tətbiq etmək olar. Təbii ki, bütün küçələrdə bu, mümkün deyil. Amma yol kənarında parklanması olan küçə və prospektlərdə sözügedən üsul tətbiq edilsə, daha effektiv olar".

Hüquqşünas hesab edir ki, tikinti normalarına ciddi riayət olunmalıdır:

"Küçələrin eni, zonaya uyğun ölçülər, hərəkət hissəsindən hansı məsafədə tikintiyə icazə verilməsi və s. məsələlərə vaxtında ciddi riayət olunsaydı, bu cür problemlər ortaya çıxmazdı. Heç olmasa, bundan sonra təmir zamanı bu məqamlar nəzərə alınmalıdır. Ümumilikdə isə hər küçəyə fərdi yanaşılmalıdır. Bu olarsa, maraqlı layihələrin həyata keçirilməsi mümkündür".

"MediaPost

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man