"Azərbaycan Dəmir Yolları" 115 mln. avroluq yeni qatarlar alır

Yeniliklər 27 Noyabr 2019 | 19:45
OXUNUB: 1226

"Azərbaycan Dəmir Yolları" QSC "Stadler" şirkət ilə 10 ədəd 5 vaqondan ibarət olan "FLIRT" qatarlarının 3 versiyasının tədarükü üçün 115 mln. avro dəyərində müqavilə imzalayıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq, altısı isə ancaq elektrik enerjisi ilə çalışan bölgələrarası və regional qatarlar kimi işlədiləcək.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" 2014-cü ildən etibarən bir neçə dəfə "Stadler" şirkətindən qatar sifariş edib. 2014-cü ildə QSC 30 ədəd yataqlı vaqon sifariş edib. 2015-ci və 2018-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” gündəlik xidmətdə olan və yüksək xidmət səviyyəsi təklif edən ikimərtəbəli "KISS" qatarlarına sifariş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man