Pik saatlarda bəzi xətlərə avtobuslar əlavə olunacaq – YENİLİK

Yeniliklər 12 Noyabr 2019 | 11:55
OXUNUB: 903

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt, Xırdalan, Masazır, Novxanı, Saray və digər ətraf qəsəbələrdən Bakıya sərnişindaşıma ilə bağlı monitorinq aparıb. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Xidmətin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, Xırdalan, Mazasır, Novxanı, Abşeron Gənclər Şəhərciyi, Saray-Bakı istiqamətində marşrut xətlərində ciddi problemlər aşkarlanıb. Monitorinqlər zamanı bəlli olub ki, bu istiqamətlərdən Bakıya sərnişin daşıyan avtobusların sayı sərnişin axınına adekvat deyil: "Bu istiqamətdə sərnişin daşıyan avtobusların sayı normal olsa da, monitorinqlər zamanı məlum oldu ki, pik saatlarda həmin xətlər üzrə avtobus çatışmazlığı müşahidə olunur. Ona görə də biz daşıyıcılara deyə bilmirik ki, xətdəki avtobusların sayını artır. Monitorinq göstərir ki, avtobus sayı normaldır, sadəcə yolda sıxlıq olduğundan, avtobuslar vaxtında gəlib mənzil başına çata bilmir. Bakı-Sumqayıt istiqamətində səhər və axşam saatlarında yol tıxac olduğundan, sərnişinlər avtobus çatışmazlığı problemi yaşayırlar. Buna görə də gələn ildən həmin xətlər üzrə pik saatlarda avtobusların sayı artırılacaq, bizim tərəfimizdən xəttə əlavə avtobuslar salınacaq. Digər saatlarda isə avtobusların sayında dəyişikliklər olmayacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man