Avtovağzaldan daha bir YENİLİK: Saxlanma kameraları yaradıldı - QİYMƏTLƏR

Yeniliklər 08 Noyabr 2019 | 12:05
OXUNUB: 1106

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verildi. Avtosfer.az xəbər verir ki, saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.
Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:
• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AzN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat ---- 5 AZN


Ödəniş predmetin ( yükün ) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.

Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir!

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır!

Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır!

Saxlama kameralarından istifadə edən sərnişinlərin nəzərinə!
Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır.
Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.
Diqqət! Nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man