Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq - VİDEO

Yeniliklər 21 Oktyabr 2019 | 14:11
OXUNUB: 919

Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man