Beşinci metro xətti tikiləcək

Yeniliklər 26 Avqust 2019 | 14:46
OXUNUB: 1602

Budapeştin ictimai nəqliyyatının inkişafı üzrə bu yaxınlarda qəbul olunan planda “HÉV” elektrik qatarı xəttinin yerin altına keçirilməsi, tramvay xəttinin Beçi küçəsindən Aranveldədək uzadılması, həmçinin Paçirtameze küçəsi boyunca tramvay xəttinin və “Akvinkum” körpüsünün tikintisi qeyd edilir.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu, faktik olaraq, Macarıstan paytaxtında beşinci metro xəttinin istifadəyə veriləcəyini göstərir.

“Budapesti Mobilitási Terv” - 2030-cu ilədək Budapeştin ictimai nəqliyyatının inkişafı üzrə plan artıq şəhər hakimiyyət orqanları tərəfindən təsdiq edilib. Planın icrası çərçivəsində “H5 HÉV” xəttinin şəhərin mərkəzi ilə Bekeşmedyer mikrorayonu arasındakı hissəsi bu sahənin sərnişin daşımalarının həcmi ilə bağlı əhəmiyyəti nəzərə alınmaqla, metro xəttinə müvafiq olaraq, yenidən təchiz ediləcək. Bu il sentyabrın 1-dən “H5 HÉV” xətti metronun beşinci xətti hesab ediləcək və buna müvafiq olaraq hakimiyyət orqanları Budapeşt İctimai Hərəkat Mərkəzinə zəruri dəyişikliklərin daxil olunması təklifi ilə müraciət edəcəklər.

Planın tərkibində olan digər mühüm təşəbbüs – 1 nömrəli tramvay xəttinin Beçi küçəsindən Vereşvari-Aranveld sahəsinədək uzadılması, bu marşrutun son dayanacağında P+R parkinqinin formalaşdırılmasıdır (bu layihə üçün hələ ki, lazımi vəsait ayrılmadığından, bu məsələnin həlli 2021-2025-ci illərdə gözlənilir). Həmçinin Paçirtameze küçəsində tramvay xəttinin tikintisi planlaşdırılır: burada 1981-ci ilədək tramvay mövcud olub, lakin sonralar xətt ləğv edilib və indiyədək Obudanın yaşayış rayonlarına xidmətlər avtobuslar vasitəsilə göstərilir.

Nəhayət, Dunay çayı üzərindən “Akvinkum” körpüsünün tikintisi təklif olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man