Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib

Yeniliklər 12 İyul 2019 | 11:11
OXUNUB: 952

Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Belə ki, indiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.

Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man