BNA-dan piyadaların təhlükəsizliyi üçün daha bir addım - VİDEO

Yeniliklər 20 İyun 2019 | 10:54
OXUNUB: 1023

Bakı Nəqliyyat Agentliyi piyadaların daha təhlükəsiz şəkildə yolu keçməsi, o cümlədən qəzalar baş verən zaman yol kənarından keçən şəxslərin xəsarət almaması məqsədilə paytaxtın Zərifə Əliyeva və Azadlıq prospektlərinin kəsişməsində dəmir arakəsmələr quraşdırıb. Avtosfer.az xəbər verir ki, Zərifə Əliyeva prospektində, o cümlədən Azadlıq prospekti ilə kəsişmədə (“Hilton Bakı” otelinin qarşısı) piyadalar bəzən yolun keçid üçün nəzərdə tutulmayan hissəsindən keçirdi bu isə təhlükə yaradır. Eyni zamanda adıçəkilən ərazidə sərt döngə olduğu üçün bəzən avtomobillər yolun ən sol zolağı ilə də dönürlər. Həmin ərazidə isə yol nisbətən dar olduğu üçün yolu keçməyə cəhd edən piyada vurula bilər.

BNA hazırda Zərifə Əliyeva prospektinin sözügedən yerində hər iki tərəfdə dəmir arakəsmələr quraşdırıb. Eyni zamanda Hilton Bakı otelinin qarşısındakı dayanacağın Azadlıq prospekti istiqaməti də tam olaraq arakəsmələrlə bağlanıb. Nəticədə piyadalar ancaq piyada keçidindən keçə bilirlər. Çünki keçidə qədər yola çıxmaq üçün mövcud olan bütün təhlükəli ərazilər məhdudlaşdırılıb. Avtosfer.az ərazidən hazırlanmış videomaterialı təqdim edir:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man