Yeni aeroport terminalının açılışı olub

Yeniliklər 18 İyun 2019 | 12:45
OXUNUB: 923

İran prezidenti Həsən Ruhani İmam Xomeyni aeroportunun "Salam" sərnişin terminalının açılışını edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 55 min kvadratmetr ərazidə yerləşən "Salam" sərnişin terminalı İmam Xomeyni aeroportunda sərnişin sayını ildə 5 milyon nəfər artıracaq. Beləliklə, bu aeroportun illik sərnişin qəbulu 13 milyon nəfəri keçəcək.

"Salam" terminalının açılışından sonra beş il ərzində İranşəhr terminalının ilk fazasının istismara verilməsi ilə İmam Xomeyni aeroportunun sərnişin qəbulu 25 milyon nəfəri ötəcək.

Qeyd edək ki, "Salam" terminalının inşası və istifadəyə verilməsi üçün təxminən 7 trilyon rial (təxminən 166 milyon dollar) vəsait xərclənib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man