Bakı-Tver avtobus reysi açılıb - FOTO

Yeniliklər 27 May 2019 | 16:50
OXUNUB: 2585

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin istifadəsinə verilir. Bu barədə Avtosfer.az-a BBAK-dan məlumat veriblər. Qurum bildirir ki, mayın 28-dən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.

Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər müddəti təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək. Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə etmək olar. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur, 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür: "Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man