Bakı metrosunun iş rejimində DƏYİŞİKLİK

Yeniliklər 10 İyun 2022 | 18:26
OXUNUB: 1070

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

Bu barədə Oxu.Az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, paytaxtda keçirilən yarışlarla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub:

“Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır. Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man