Pakistan Senatının sədri:“Azərbaycanla birbaşa təyyarə uçuşları turizmi gücləndirəcək”

Yeniliklər 05 İyun 2022 | 11:07
OXUNUB: 1214

“Pakistanla Azərbaycan arasında birbaşa təyyarə uçuşlarının başlanması mühüm hadisədir. Bu, turizmi və insanlar arasında ünsiyyəti gücləndirəcək”.

“Report” xəbər verir ki, bunları Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib.

O, rəsmi Bakının beynəlxalq miqyasda Pakistana dəstəyini xüsusi vurğulayıb. “Azərbaycanın Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəyi təqdirəlayiqdir”, - Məhəmməd Sadiq Sancrani qeyd edib.

Senat sədri bildirib ki, Pakistan CPEC layihəsini "CPEC (“China Pakistan Economic Coridor” - Çin-Pakistan iqtisadi dəhlizi-red) Mərkəzi Asiya ölkələrində də genişləndirmək istəyir. Çin-Pakistan İqtisadi Dəhliz (CPEC) layihəsi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Azərbaycana regional ticarəti artırmaq üçün Qvadar limanından istifadəyə imkan verir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man