Azərbaycanda bu yol genişləndirilir, 4 zolaqlı olacaq - FOTO - VİDEO

Yeniliklər 19 May 2022 | 12:49
OXUNUB: 666

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Mənbə qeyd edir ki, Agentlik tərəfindən aparılan tikinti işləri sürətlə davam etdirilir.

H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir.
Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün alt layının döşənməsi işləri yekunlaşıb, yolun 7-13 km hissələrində yolayrıcı betonlar qoyulub.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.

Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur.
Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilir. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

Yolun 4.6 və 8.7-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man