Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolu əsaslı şəkildə yenidən qurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu istiqamətində aparılır. Görülən işlər çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib.
Hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni yol əsasının inşası, əsasın alt layının tikintisi, son mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Layihəyə uyğun olaraq yolboyu müvcud yarasız körpülərin yenilənməsi işləri də yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin etmək məqsədilə üfiqi nişanlanma xətləri çəkiləcək, yol nişanlarının, zəruri yerlərdə avtobus dayanacaqlarının, km göstəricilərinin quraşdırılacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man