Bakıxanov qəsəbəsində 1 500 metr uzunluğa malik olan küçə əsaslı təmir olunub - VİDEO

Yeniliklər 06 May 2022 | 15:38
OXUNUB: 713

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Bakıxanov qəsəbəsində 1 500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsini əsaslı şəkildə təmir edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində, köhnə asfalt frezlənib, yağış-kanalizasiya sistemi bərpa olunub, piyada səkiləri yenilənib, yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa nişanlanma xətlərinin çəkilişi, yol nişanları quraşdırılması, parkinq yerlərinin təşkili, kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

Bu işlər 17 min kvadratmetrdən çox sahəni əhatə edib. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə vətəndaşların istifadəsinə veriləcək. Hazırda təmir işləri qəsəbə üzrə Ruhulla Axundov, Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man