Yaponiya “Sarmat” qitələrarası ballistik raketinin buraxılması ilə bağlı fikir bildirib. Ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hökumətin Rusiyanın hərbi fəaliyyətinə nəzarəti davam etdirəcəyini qeyd edib.
“Biz bu raket buraxılışı da daxil olmaqla, Rusiyanın hərbi fəaliyyətini yaxından izləməyə və məlumat toplamağa davam edəcəyik”, – deyə dövlət rəsmisi bildirib.
Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki vurğulamışdı ki, “Sarmat” raketinin sınaqdan keçirilməsi ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyinə təsir göstərməyəcək.
Mənbə: Rambler.ru
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man