Yevlaxda Tanrıqulular kənd yolu əsaslı təmir olunur - FOTO - VİDEO

Yeniliklər 20 Aprel 2022 | 13:49
OXUNUB: 752

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri işləri icra olunur.

Avtosfer.az-ın verdiyi məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri görülüb. Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi işləri aparılıb.

Hazırda Tanrıqulular kənd yoluna yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlər ərazində yekunlaşdırılması planlaşdırılır.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin dayanacaq quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün yeni yol infrastrukturunun yaradılması 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man