Bakıdan Lahora birbaşa uçuşlar yerinə yetiriləcək

Yeniliklər 14 Mart 2022 | 21:16
OXUNUB: 1120

Azərbaycanın milli aviadaşıyıcısı Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

AZAL-dan verilən məlumata görə, bu barədə AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi ilə işgüzar görüşü zamanı deyib.Qeyd olunub ki, “Pakistan International Airlines” aviaşirkəti bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq.

Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək. Səfir Bilal Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.

Xatırladaq ki, martın 16-dan etibarən Pakistanın Lahor şəhərindən Bakıya aviareys yerinə yetiriləcək. Daha sonra təyyarə Bakıdan Kəraçiyə (Pakistan), oradan Lahora, Lahordan isə yenidən Bakıya uçacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man