Nərimanov rayonunda 4 küçədə təmir işləri aparılır - FOTO

Yeniliklər 10 Mart 2022 | 11:58
OXUNUB: 701

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov rayonunda ümumi uzunluğu 1 161 metr olan 4 küçədə təmir işləri aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, bunlar 360 metr uzunluğa və 9 metr enə malik Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, 286 metr uzunluğa və 10 metr enə malik Mərdanov qardaşları, 295 metr uzunluğa və 10 metr enə malik Ağadadaş Qurbanov küçələridir.

Aparılan işlər çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.

Hazırda təmir işləri A.Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində aparılır, köhnə asfalt-beton örtüyü yenilənir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man