Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi işləri davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, 130 km-lik yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla, 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm. təşkil edəcək. Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Hazırda alt keçid və körpülərin inşası işləri aparılır. Yolun genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Layihə tam reallaşdırıldıqdan sonra "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man