Azərbaycan peyk xidmətlərinin ixracını yanvarda 1% artırıb

Yeniliklər 28 Fevral 2022 | 15:17
OXUNUB: 618

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 29 ölkəsinə 2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 1% çoxdur.“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 mln. dollar ilə Birləşmiş Krallıq, 0,4 mln. dollar ilə ABŞ, 0,4 mln. dolları ilə Fransa, 0,2 mln. dollar ilə BƏƏ, 0,1 mln. dollar ilə Pakistan qərarlaşıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man