Benzinin idxal qiyməti ARTIB

Yeniliklər 19 Fevral 2022 | 16:31
OXUNUB: 838

2021-ci ildə Azərbaycan ümumi 155 092,66 ton həcmində benzin (115 888 260 dollar dəyərində) idxal edib.

Oxu.Az-ın araşdırmasına görə, ümumi idxal həcmi 2020-ci illə müqayisədə 40 484,78 ton və ya 35,3 faiz artıb.

2021-ci ildə 2020-ci illə müqayisədə Azərbaycanın idxal etdiyi “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin orta illik dəyəri artıb.

Belə ki, bu dövr ərzində 147 412,23 ton həcmində, 111 106 150 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. “Aİ-95” markalı benzinin bir ton üçün orta illik dəyəri 753,71 dollar təşkil edib. Bu isə əvvəlki il idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün orta idxal dəyərindən 24,7 faiz çoxdur.

2021-ci ildə ölkəyə 2 684,79 ton həcmində və 2 395 070 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun orta illik idxal dəyəri 892,08 dollar təşkil edib ki, bu da 2020-ci ildə idxal edilən bir ton “Aİ-98” markalı benzinin orta illik idxal dəyərindən 12,9 faiz çoxdur.

Eləcə də, bu dövrdə 4 995,64 ton həcmində 2 387 040 dollar dəyərində oktanı 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,8 dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə aylarında Azərbaycan ümumi 115 607,88 ton həcmində benzin (70 510 290 dollar dəyərində) idxal edib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man