Neftçilər prospektində üfiqi nişanlama xətləri rənglənəcək - Sürücülər diqqətli olsun

Yeniliklər 18 Fevral 2022 | 11:49
OXUNUB: 1284

Bu gün saat 22:00-dan etibarən sabah səhət saatlarına qədər Bakının Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə üfiqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, üfiqi nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki istiqaməti üzrə 19 fevral səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər, həmçinin axşam saat 22:00-dan 20 fevral səhər saat 05:00-a qədər də icra olunacaq.

20 fevral tarixində gün ərzində isə xətlənmə işləri Neftçilər prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam etdiriləcək.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man