Razılıq əldə olundu:Azərbaycanda Türkiyə standartları tətbiq ediləcək

Yeniliklər 17 Fevral 2022 | 19:22
OXUNUB: 871

Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında razılıq əldə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  verilən məlumatda bildirilib ki, razılığa əsasən, AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaq.

Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartarının ölkəmizdə tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhfə verəcək.

Eyni zamanda, standartların tətbiqi Azərbaycan Respublikasının ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcək.

Hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcək. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man