İdentifikasiya üçün loqin və parolların istifadəsi yaxın 5 ildə tarixə qovuşa bilər.
Bu barədə Rusiyanın “Bilayn” şirkətinin rəqəmsal və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Yevgeni Çereşnev bildirib.“Login/şifrə bağlaması, əslində, sizin haqqınızda heç nə bilməyən xidmətə kim olduğunuzu söyləmək və həqiqətən də siz olduğunuzu təsdiqləmək üçün bir yoldur. Çox güman ki, biz indi mövcud olan bəzi identifikatordan (loqin, elektron poçt və ya telefon nömrəsi) heç vaxt xilas olmayacağıq. Şifrəyə gəlincə, burada, əlbəttə ki, növbəti 5 ildə ondan istifadəni dayandırmaq şansı var, sadəcə olaraq, ona görə ki, parolu skorinq, yaxud biometriya üzrə çoxfaktorlu identifikasiya ilə əvəzləmək mümkün olacaq”, - deyə Çereşnev bildirib.
Onun sözlərinə görə, smartfonda çoxfaktorlu identifikasiya akkaunt və biometriyanın uyğunluğundan ibarət olacaq. Hazırda buna ən yaxın texnologiya mobil ID-dir.
“Növbəti addım texnologiyanı “kapot altında” daha mürəkkəb, lakin istifadə baxımından daha sadə etməkdir. Bu identifikasiya üsuluna alternativ kriptobioçip olacaq. İstəyənlər özlərinə implant yerləşdirə və identifikasiyadan keçə bilər. Bu yaxın 5-7 ilin perspektividir”, - ekspert əlavə edib.///oxu.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man