Bakı metrosunda ötən il 4 km rels dəyişdirilib

Yeniliklər 17 Yanvar 2022 | 16:26
OXUNUB: 891

2021-ci ildə “Bakı Metropoliteni” QSC üzərindən normadan artıq yük buraxılmış 3 644,9 paqo metr relsi uzunölçülü relslərlə əvəz edib.

Bu barədə qurumdan bildirilib.

Məlumatda deyilir ki, uzunölçülü relslər qatarların daha rəvan, səlis hərəkətə, daha az vibrasiyaya səbəb olmaqla sərnişin rahatlığının optimallaşdırılmasına xidmət göstərir.

Bundan başqa, ötən il tunellərdə 2 034 yararsız ağac şpal, stansiya yollarında 549 gödək ağac şpal dəyişdirilib. Deponun park yollarında yoldəyişdirici qurğuların 59 ağac çevirici tiri, üzərindən normadan artıq yük buraxılmış R-50 tipli 1/5 markalı 3, eyni səbəbdən 4 stansiyada, yoldəyişdirici qurğu yenilənib. Tuneldə, park yollarında təmas relsinə 478 yeni kronşteyn qoyulub. Rels-qaynaq sahəsində 3582.835 p.m.rels (146 qovşuq) qaynaq olunub.

“Bakmil-Portal” mənzilində, deponun park və dalan yollarında 1 019 yararsız ağac şpalın dəmir-beton şpallarla əvəz edilməsi də qeyd oluna bilər. Pandemiya səbəbilə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə park yollarında R-50 tipli 1/5 markalı yoldəyişdirici qurğu dəmir-beton tir üzərinə qoyulub. “Bakı Metropoliteni” mütəxəssislərinin hazırladığı xüsusi layihə əsasında tətbiq edilən bu yenilik də gələcəkdə Bakı metropoliteninin yol qovşaqlarında aparılan əsaslı təmir işləri zamanı tətbiq ediləcək daha bir mühüm texnoloji proses olub.

Şərti adı “Xocəsən” olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb. Bu mənada burada R50 tipli 1/5 markalı 3 dəst yoldəyişdirici qurğuda şablon kənarlaşmalar norma daxilinə salınıb. “Avtovağzal-Xocəsən” mənzilinin II yolunda 1425 p.m uzunölçülü rels qaynaq edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man