Qəbələ-Moskva aviareysi açılıb - FOTO - VİDEO

Yeniliklər 17 Yanvar 2022 | 10:51
OXUNUB: 389

Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva arasında yeni müntəzəm aviareys açılıb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, qonşu ölkənin "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo Beynılxalq Hava Limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

"Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir", - AZAL bəyan edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man