Azərbaycan Rusiya ilə birlikdə gəmi istehsal edəcək

Yeniliklər 27 Dekabr 2021 | 11:27
OXUNUB: 622

Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə gəmi istehsalı sahəsində birgə layihələr hazırlayacaq.

Bu barədə “Report” vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub.

“Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və kruizin flaqmanı olacaq. Xəzəryanı ölkələrdən olan həmkarlar Xəzər dənizi üzərindən kruiz xətlərinin təşkilinə böyük maraq göstərirlər. Çox istərdik ki, bu istiqamət tam hüquqlu bir layihəyə çevrilsin”, - vilayətin qubernatoru İqor Babuşkin deyib.

Məlumata görə, tərəflər hazırda ikitərəfli əməkdaşlıq üzrə danışıqların aktiv mərhələsinə keçiblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man