Respublika əhəmiyyətli Bakı-Quba yolu genişləndirilir. Hazırda işlər yolun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır.
Yolun hərəkət hissəsinin eni 7 metrdən 15 metrə çatdırılır.
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində yol birinci texniki dərəcəyə uyğun təmir edilir.
İlkin mərhələ üzrə yolun 16 km-lik hissəsi əsaslı təmir ediləcək. Artıq 8 km-lik hissədə yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Bütün işlərin 2022-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man