Azərbaycan ordusu yeni silahlarla təchiz olunub. Müdafiə Sanəyesi Nazirliyi bir neçə adda yeni silah və hərbi texnika istehsal edəcək. Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında bildirib ki, bu il istehsal olunan ümumi məhsulun 60 faizdən çoxu ixrac edilib.
Azərbaycan 66 adda yeni silah və hərbi texnika istehsal edəcək. Bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Mehman Baxışov bildirib ki, gələn ilin birinci yarısında həmin silah və texnikaların seriyalı istehsalına başlanılması planlaşdırılır.
Nazir müavini qeyd edib ki, gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər alınıb. Bu sifarişlərlə bağlı məlumat yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim ediləcək.Bundan başqa, bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan ümumi məhsul həcminin 60 %-dən çoxunu ixraca yönəltmək mümkün olub.Bunun nəticəsində nazirliyin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Nazirliyin müəssisələrində ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 % artıb.
Mehman Baxışovun sözlərinə görə,İkinci Qarabağ müharibəsi zamanı nazirliyin müəssisələri fasiləsiz rejimdə çalışıb. Müharibə zamanı Azərbaycanın istehsalı olan silah və texnikalar döyüş meydanında öz sözünü deyib.
Nazir müavini gələn ilin sentyabr ayında Bakıda "ADEX-2022" dördüncü Beynəlxalq müdafiə sərgisinin keçiriləcəyini də qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man