Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

Yeniliklər 09 Dekabr 2021 | 14:40
OXUNUB: 551

Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir.

Avtosfer.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında deyilir.

Körpünün uzunluğu 290,42 metr, çay məcrasından hərəkət hissəsinə qədər qabarit isə 36 metr, körpünün öz qabariti isə 14,4 metr təşkil edir.

Sayı 2x44,4 metr, 3x63 metr olmaqla körpü beş aşrımlı olacaq.

Körpüdə iki hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.

Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.

Tovuz çay körpüsü ilə yanaşı layihə çərçivəsində 27 metrdən 290 metrə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.

  • Tovuz çayı üzərində körpü inşa edilir
  • Tovuz çayı üzərində körpü inşa edilir
  • Tovuz çayı üzərində körpü inşa edilir
  • Tovuz çayı üzərində körpü inşa edilir
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man