Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu ilin noyabr ayı ərzində Bakı şəhərində yerinə yetirilmiş işlər üzrə göstəriciləri açıqlayıb.
Avtosfer.az-ın AAYDA-ya istinadən verdiyi məlumata görə, ötən ay paytaxtda 25 220 kv. metr sahəni əhatə edən dörd küçə əsaslı təmir edilib ki, onların uzunluğu 4 400 metr təşkil edir.
Əsaslı təmir zamanı küçə və yollara 790 p/metr səki daşları düzülüb, 6 ədəd kanalizasiya lyuku yenisi ilə əvəz olunub, 4 800 p/metr üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
"Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 2 590 metr, sahə isə 22 756 kv. Metr təşkil edib", - məlumatda deyilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man