Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

Yeniliklər 08 Dekabr 2021 | 15:14
OXUNUB: 950

Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.

Avtosfer.az-ın məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir.

"Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.

Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq", - deyə sədr müavini qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man