Yanacağa görə subsidiya kimlərə veriləcək? - Hüquqşünas qərarı ŞƏRH ETDİ

Yeniliklər 03 Dekabr 2021 | 12:34
OXUNUB: 989

“Avtobuslarla sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara yanacağa görə subsidiya verilməsi barədə çoxdan gözlənilən qərar axır ki, qəbul edildi. Nazirlər Kabinetinin bu barədə 1 dekabr tarixli qərarında maraqlı məqamlar var.” Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, subsidiya yalnız rəsmi qaydada sərnişindaşıma ilə məşğul olan şirkətlərə və sahibkarlara veriləcək. “Rəsmi qayda o deməkdir ki, həmin hüquqi və ya fiziki şəxsin müvafiq marşrut üçün rəsmi təsdiq edilmiş müqaviləsi və marşrut pasportu olmalıdır. Başqa sözlə, istər şəhər daxilində, istərsə də rayonlar arasında sənədsiz daşımaları həyata keçirənlər subsidiya almayacaqlar.”

Hüquqşünas qeyd edib ki, subsidiya yalnız dizel yanacağı ilə işləyən avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası (rayonlararası) marşrutlarda sərnişin daşıyanlara veriləcək və beynəlxalq daşımalar üçün verilməyəcək. “Subsidiya bu ilin  yanvarında (05.01.2021 tarixdən) yanacağın qiyməti qaldırıldığı tarixdən hesablanaraq veriləcək. Subsidiya gediş haqlarına yenidən baxılana qədər veriləcək (qərarın bu bəndi gediş haqlarının qaldırılması məsələsini gündəmə gətirə bilər). Bu qərar avtobusların sərf etdiyi yanacağa çəkilən xərclərin və sürücülərə verilən əmək haqlarının tam şəkildə nağdsız qaydada həyata keçirilməsini tələb edir (həmin məsələlərdə maliyyə şəffaflığı artacaq). Bu qərar gediş haqlarının nağdsız (yəni kartla) ödənilməsi sisteminin ölkə üzrə genişlənməsini stimullaşdıracaq. Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılır ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Bu qərar əlaqədar dövlət qurumlarını (BNA, AYNA) və daşıyıcıları məcbur edəcək ki, marşrutlara dair sənədləşmə ilə bağlı bütün çatışmazlıqları aradan qaldırsınlar (marşrut müqavilələri tam rəsmiləşdirilsin, marşrut pasporları hazırlanaraq verilsin, sürücülərlə əmək müqavilələri tam rəsmi olsun və s.), çünki subsidiya almaq üçün həmin sənədləri vergi orqanına təqdim etmək lazımdır.

Qərarda subsidiyanın məbləği də müəyyən edilir: təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində.

Lakin subsidiya məbləği sərnişindaşıma xidmətindən daxil olan vəsaitin hər bir daşıma növü üçün göstərilən həddindən (şəhərdaxili (rayondaxili) sərnişindaşımada 6,7 %-indən, şəhərlərarası (rayonlararası) sərnişindaşımada 8,3 %-indən, şəhərətrafı və qəsəbələrarası sərnişindaşımada 7,5 faizindən)  artıq olmayacaq. Subsidiya məbləğinin sərnişindaşıma xidmətindən daxil olan vəsaitin müəyyən həddi ilə məhdudlaşdırılması daşıyıcıları məcbur edəcək ki, gediş haqlarını maksimum dərəcədə rəsmiləşdirsinlər.”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man