Metronun yeni deposunun inşasının birinci mərhələsi yekunlaşır - FOTO

Yeniliklər 01 Dekabr 2021 | 13:38
OXUNUB: 922

Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən "Bənövşəyi" xəttinin deposunda tikinti işləri davam edir.

Bu barədə Avtosfer.az "Bakı Metropoliteni" QSC-nin Tikinti Departamenrinin baş mühəndisi Vəli Musayeva isitnadən xəbər verir.

Deponun inşası xəttin inkişaf planına uyğun olaraq iki mərhələyə bölünüb. Artıq birinci mərhələ üzrə tikinti həlledici dövrə qədəm qoyub.

Məlumat üçün bildirək ki, metro tikinti normalarına uyğun olaraq, hər bir xəttin öz deposu olmalıdır. Depoda xəttin qatarlarına texniki baxış, xidmət, qulluq və təmir göstərilir. Eyni zamanda xəttin bir çox infrastruktur məsələləri, o cümlədən gecə növbələrində tunel və stansiyalarda qulluq və təmir işləri, texnoloji prosesləri depodan hərəkətə gətirilməklə başlanır.

Deponun tikintisi hazırda Xocəsən qəsəbəsində 21,7 hektar ərazidə aparılır. Ərazi perimetr boyunca ümumi uzunluğu 2 400 metr olan hasarla əhatə edilib. İki metrlik hasarın böyük bir hissəsi relyef şəraitinin xüsusiyyətinə görə istinad divarı üzərində tikilib. Cənub-qərb tərəfdən bu divarın hündürlüyü 8-9 metrə çatır və ərazini qarşıdakı yüksəkliyin torpaq qatının təzyiqindən qoruyur.

Tikintinin birinci mərhələsinin sonunda təsərrüfat qatarlarının təmiri üçün nəzərdə tutulan sahə birinci mərhələdə həm də sərnişin qatarlarına xidmət göstərəcək. Bu işin təşkil edilməsi məqsədilə müvafiq infrastruktur qurulmalıdır. Motodepo korpusunun bir hissəsində texniki və məişət otaqları iki yarusda yerləşdiriləcək. Sahənin əsas konstruksiya quraşdırılması başa çatdırılıb. Növbəti işlər sahənin sendviç tipli panellərlə örtüklənməsi olacaq.

“Avtovağzal” stansiyasından gələn xətti depoya birləşdirən uzunluğu 1 112 metr və 1 235 metr olan tunellər bütün lazımi qurğu və avadanlıqlarla təchiz olunub. Bununla Bənövşəyi xəttin qatarlarına xidmət üçün əlverişli şərait yaradılıb. Zəruri hallarda “Avtovağzal-Xocəsən deposu” sahəsinin bir yoluna 825 V gərginlik də verilir. Qatarlar həmin yolla depo ərazisinə çıxarılaraq qaldırma təmiri ilə bağlı işlərə cəlb edilir. Onu da əlavə edək ki, sərnişin qatarlarına xidmət sahəsinin yaradılması tikintinin ikinci mərhələsində yerinə yetiriləcək.

Deponun 35 kVt-luq elektrik yarımstansiyasında inşaat işləri başa çatıb və hazırda orada elektrik təchizatı avadanlıqları quraşdırılır. Bundan savayı, “Nərimanov” elektrik deposunda olduğu kimi, hərəkətin idarəolunma mərkəzi də unikal layihə əsasında inşa olunub. Hazırda 5 mərtəbədən ibarət olan binanın daxilində son tamamlama işləri başlanıb.

Ərazidə 500 kubmetr həcmli yanğın və 240 kubmetrlik içməli su anbarlarının inşası da yekunlaşıb. Kabel kollektorlarından kabellərin yarımstansiyaya doğru aparılması, kanalizasiya sisteminin qurulması da tamamlanmaq üzrədir.

Azərbaycan dəmiryolu magistralından depoya ayrılan budaq Bənövşəyi xətti xarici aləmlə birləşdirir. Avadanlıq, hərəkət vahidləri, rels və beton şpallar, mal və materiallar depoya bu yolla daxil olur. Onu da qeyd edək ki, gələcəkdə bütün yükləri qəbul etmək üçün nəzərdə tutulan yük yeri də hazır vəziyyətə gətirilib.

Ümumilikdə, bütün işlər planlaşdırılmış qaydada davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man