Yaponiyanın 5 şirkəti ənənəvi avtomobillər üçün ekoloji təmiz alternativ yanacaq növlərini hazırlamaq üçün birgə çalışmalar aparacaq.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Toyota Motor Co.” şirkətinin verdiyi açıqlamaya görə, “Mazda Motor Co.”, “Subaru Co.”, Yamaha Motor”, “Kawasaki Heavy Industries” ilə birgə həyata keçiriləcək tədqiqatlar bioloji mənşəli maddələrdən yanacaq istehsalına yönələcək.
Qeyd edək ki, 2025-ci ilədək 15 elektromobil modelini bazara çıxarmağı hədəfləyən “Toyota” bununla yanaşı alternativ yanacaqla işləyən avtomobillər də hazırlamağı nəzərdə tutur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man