Köhnə Bakı-Quba yolu genişləndirilir.
Yolun 30-cu kilometrliyindəki dairədən üzü Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 2 hərəkət zolağı enində genişləndirmə işləri həyata keçirilir.
Yeni zolaqlarda yol yataqları inşa edilərək başa çatdırılıb və hazırda asfalt örtüyü döşənir.
Əvvəl 3-cü texniki dərəcəli olan yol təmir edilərək birinci texniki dərəcəyə uyğunlaşdırılır.
Təmir işləri Bakı-Quba yolunun 30-cu kilometrliyindən sonrakı 16 kilometrlik hissəsində aparılacaq. Yolun Tağıyev qəsəbəsindən keçən hissəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 16-cı km-dən 30-cu km-dək olan 14 km hissəsində isə təmir-bərpa işləri sonuncu mərhələ üzrə aparılaraq yekunlaşdırılır. İşlərin sonuncu mərhələsində 28-30 kilometrlik hissədə yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınıb, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilib. Ardınca yeni yol əsaslı inşa edilib və asfalt-beton örtüyü döşənib. Həmçinin yol ayrıcında quraşdırılan əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man