Yaxın zamanda avtobuslarda NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır:
"Buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir. "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man