Bakıda iki müntəzəm marşrutun hərəkət sxemləri dəyişdirilib

Yeniliklər 07 Oktyabr 2021 | 11:16
OXUNUB: 502

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib. Belə ki, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentiyinə (BNA) istinadən xəbər verir.

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib. Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man